İyunun 13-də Polşanın paytaxtı Varşavada güləş üzrə “Poland Open” turnirinə yekun vurulub.Azərtac xəbər verir ki, sonuncu yarış günündə – iyunun 13-də 60, 63, 72, 87 və 97 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.Turnirdə 97 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz İslam Abbasov təsnifat mərhələsində Türkiyə güləşçisinə qalib gəlib. Həmyerlimiz dörddəbir finalda İran idmançısına məğlub olub. Rəqib finala yüksəldiyi üçün İ.Abbasov təsəlliverici görüşə çıxıb və danimarkalı rəqibi üzərində inamlı qələbə qazanıb. Son qarşılaşmada yerli pəhləvanı üstələyən güləşçimiz bürünc medalı boynundan asıb.Qeyd edək ki, turnirdə sərbəst güləşçilərimiz Hacı Əliyev (70 kq), Hacımurad Hacıyev (74 kq), yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) bürünc, qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə qızıl medal qazanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…