Güləş üzrə reytinq turniri sona çatıb

28 Fevral 2022 12:42

Xəbər 327 dəfə oxunub

İstanbulda güləş üzrə Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplan reytinq turniri sona çatıb.Yarışın sonuncu günündə sərbəst güləş üzrə yığmamızın üzvləri mübarizə aparıblar.İslam Bazarqanov (61 kq) səkkizdəbir finalda özbək Qulamcan Abdullayevə minimal fərqlə məğlub olub – 2:3. Rəqib finaladək irəlilədiyi üçün İ.Bazarqanov mübarizəni davam etdirib. Ancaq güləşçimiz təsəlliverici görüşdə türkiyəli Recep Topala minimal fərqlə uduzub.Turnirdə 65 kiloqram çəki dərəcəsində ölkəmizi 2 güləşçi təmsil edib. Əli Rəhimzadə startda özbəkistanlı Ümidcan Jəlalova (0:10) məğlub olsa da, Əhmədnəbi Qvarzatilov türkiyəli Ərtoğrul Kahveciyə çətinlik çəkmədən qalib gəlib – 15:5. Təmsilçimiz səkkizdəbir finalda dünya çempionu Beka Lomtadzeylə (Gürcüstan) gərgin keçən mübarizədən qalib ayrılıb – 10:7. Ə.Qvarzatilov dörddəbir finalda monqolustanlı Tulqa Oçirə məğlub olub – 6:9.Gitinoməhəmməd Hacıyev (70 kq) təsnifat mərhələsində gürcü Levan Kelexsaşviliyə 4:11 hesabı ilə uduzub.Soslan Tigiyev (74 kq) debütdə Jozef Lavalee (ABŞ) ilə mübarizədən qalib ayrılıb – 4:2. S.Tigiyev daha sonra qazaxıstanlı Şingis Muxametkaliyevi yolundan kənarlaşdırıb. Güləşçimiz dörddəbir finalda hindistanlı Pritam Pritama uduzub – 10:13.Hacımurad Ömərov (79 kq) səkkizdəbir finalda gürcü Vladimeri Qamkrelidzeylə bacarmayıb – 2:7.Hacımurad Məhəmmədsəidov (86 kq) startda türkiyəli Fatih Erdinə uduzub – 1:3. Rəqib finala yüksəldiyi üçün güləşçimiz mübarizəni təsəlliverici görüşlə davam etdirib və iranlı Mojtaba Əsgəriyə tam üstünlüklə qalib gəlib – 10:0. Təmsilçimiz bürünc medal uğrunda qarşılaşmada almaniyalı Lars Şaefleni 7:0 hesabı ilə üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.Şamil Zubairov (92 kq) ilk mərhələdə Hindistanın tanınmış güləşçisi Dipak Puniaya məğlub olub – 2:4.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02