Güləş üzrə U-23 Avropa çempionatı davam edir

6 İyun 2018 12:35

Xəbər 808 dəfə oxunub

İstanbulda keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.Azərtac xəbər verir ki, yarışın üçüncü günündə beş çəki dərəcəsində qadın güləşçilər mübarizə aparırlar. Azərbaycan çempionatda üç qadın güləşçi ilə təmsil olunur. Ölkəmizin idman şərəfini Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Səbirə Əliyeva (76 kq) qoruyacaqlar.Dörddəbir final mərhələsində Türkan Nəsirovanın ilk rəqibi Bolqarıstan təmsilçisi Kseniya Stankeviç olacaq. Alyona Kolesnik səkkizdəbir finalda hollandıyalı Tamara Dollak ilə qarşılaşacaq. Səbirə Əliyeva isə dörddəbir finalda türkiyəli Ayşegül Özbeğin müqavimətini qırmağa çalışacaq.xeber100.com