İyunun 4-10-da İstanbulda güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək. Çempionatda 19-23 yaşarası idmançılar mübarizə aparacaqlar.Azərtac xəbər verir ki, çempionatda ilk olaraq yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Yığma komandanın baş məşqçisi Şaban Donat və məşqçi Emin Əhmədovun rəhbərliyi altında Zaur Əliyev (55 kq), Murad Məmmədov (60 kq), Kərim Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Eltun Vəzirzadə (82 kq), İslam Abbasov (87 kq) və Orxan Nuriyev (97 kq) çempionatda ölkəmizi təmsil edəcəklər.Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 3 qadın güləşçimiz iştirak edəcək. Yarışda Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Səbirə Əliyeva (76 kq) birincilik uğrunda mübarizə aparacaqlar.Avropa çempionatının son iki günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar. Yığma komandanın baş məşqçisi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında çempionata Əfqan Xaşalov (57 kq), Elçin Vəliyev (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Pənah İlyaslı (70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) yollanacaq.Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…