Azərbaycanın güləş yığmalarının Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı üçün heyətləri məlum olub.
Baş məşqçilər ümumilikdə 26 idmançıya dəvət göndəriblər. Onlardan 10-u sərbəst, 10-u yunan-Roma, 6-sı isə qadın güləşçidir.
Yığmanın baş məşqçisi sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed-Başir Xanıyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abasov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq), Georgi Meşvildişviliyə (125 kq) şans verib.
Heyətdə yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq), Beka Kandelaki (130 kq) yer alıb.
Qadın güləşçilərimizi isə Belqradda Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq), Birgül Soltanova (65 kq) təmsil edəcək.
Xatırladaq ki, sentyabrın 16-da başlayacaq dünya çempionatı ayın 24-də yekunlaşacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…