Güləşçilər arasında dünya çempionatı davam edir

3 Avqust 2019 13:52

Xəbər 551 dəfə oxunub

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, altıncı yarış günündə 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulur.Güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Fərid Sadıxlı (48 kq) rusiyalı Valeri Manqutov, Elmir Əliyev (51 kq) Argentina təmsilçisi Eduardo Lovera, Həsrət Cəfərov (60 kq) qazaxıstanlı Əziz Qasımov, Rauf Əliyev (71 kq) serbiyalı Uros Rayiç, Laçın Vəliyev (92 kq) isə İsrail güləşçisi Maik Haimov ilə qarşılaşacaq.xeber100.com