Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir. Çempionatın ikinci günündə – oktyabrın 29-da sərbəst güləşçilərimiz 4 medal qazanıblar.Azərtac xəbər verir ki, mübarizəyə səkkizdəbir finaldan qoşulan Turan Bayramov (65 kq) ilk görüşündə kanadalı həmkarını məğlub edib. Həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib. Fransa təmsilçisi ilə qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. Turan ilk hissəni 0:1 geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb və debüt etdiyi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb. Yapon güləşçi ilə finalda sona az qalmış rəqibi əks-fənddə yaxalayan T.Bayramov 23 yaşadək güləşçilər arasında dünya çempionu olub.Millimizin digər üzvü Abubakr Abakarov (79 kq) mundiala inamlı start verib. Titullu güləşçimiz ilk mərhələdə qırğız rəqibinə vaxtından əvvəl qalib gəlib. Təmsilçimiz daha sonra Rusiya güləşçisini tam üstünlüklə yenib. Yarımfinalda Moldova idmançısını çətinlik çəkmədən ilk hissədə məğlub edən A.Abakarov adını yarımfinala yazdırıb. Hindistan güləşçisinə də aman verməyən təmsilçimiz finalda güləşmək hüququ qazanıb. Həlledici qarşılaşmaya çox yaxşı başlayan A.Abakarov 4 xal qazansa da, çevirmə fəndi edərkən səhvə yol verərək gürcü həmkarına uduzub və gümüş medalla kifayətlənib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…