Güləşçilər Yaponiyada təlim-məşq toplanışını davam etdirirlər

13 İyul 2019 14:04

Xəbər 519 dəfə oxunub

Azərbaycanın gənc sərbəst güləşçiləri Yaponiyada təlim-məşq toplanışını davam etdirirlər.Azərbaycan Güləş Federasiyasından Azərtac-a bildiriblər ki, iyulun 7-dən gündoğar ölkədə olan millimiz bu ayın 17-dək yerli komanda ilə birgə hazırlıq prosesini davam etdirəcək. Məşqçilər Arif Abdullayev və Nazim Əlicanovun rəhbərliyi ilə Komatsu şəhərində keçən toplanışda yığmamızın üzvləri fiziki çalışmalarla yanaşı, taktiki-texniki hazırlıq üzərində də işləyirlər.Komandamız Komatsuda yüksək qonaqpərvərliklə qarşılanıb. İlk gündən böyük diqqət göstərilən güləşçilərimizin şərəfinə şəhər merinin təşəbbüsü ilə ziyafət təşkil edilib.xeber100.com