Aprelin 23-29-da Kiyevdə yeniyetmə güləşçilərin Avropa çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, çempionata yüksək səviyyədə hazırlıq keçmək məqsədilə yeniyetmələrdən ibarət sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımızın üzvləri Xaçmaz Olimpiya İdman Kompleksində toplanışdadır. Martın 11-dən 24-dək keçirilən təlim-məşq toplanışında, ümumilikdə 42 idmançı iştirak edir.Yeniyetmə, gənc və böyüklərdən ibarət qadın güləşi üzrə yığma komandalarımızın üzvləri isə təlim-məşq toplanışlarını Astara Olimpiya İdman Kompleksində davam etdirirlər. Toplanışda yığma komandamızın 17 üzvü ilə yanaşı, Özbəkistan millisinin 9 güləşçisi də iştirak edir. Martın 12-dən başlayan təlim-məşq toplanışı ayın 25-dək davam edəcək.Qeyd edək ki, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziyalar da Avropa çempionatında qazanılacaq. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71, 92, sərbəst güləş üzrə 48, 55, 65, 80, 110, qadın güləşi üzrə isə 43, 49, 57, 65 və 73 kiloqram çəki dərəcələrində çempion olacaq güləşçilər Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaqlar. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…