Güləşçilərin dünya çempionatı davam edir

6 İyul 2018 12:37

Xəbər 723 dəfə oxunub

Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kiloqram çəki dərəcələrində yeniyetmə qızlar mübarizə aparıblar. Yığmamız 3 çəkidə idmançı ilə təmsil olunub.Çempionatda 43 kiloqram çəkidə mübarizə aparan Şahanə Nəzərova ardıcıl olaraq Yaponiya və Fransadan olan rəqiblərini məğlub edib və yarımfinala yüksəlib. Yarımfinalda Ukrayna idmançısına da tam üstünlüklə qalib gələn Şahanə finala yüksəlib. Həlledici görüşdə onun rəqibi ABŞ idmançısı olub. Görüşü məğlub başa vuran təmsilçimiz gümüş medalla kifayətlənib.xeber100.com