Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, beşinci yarış günündə – avqustun 20-də 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.Güləşçimiz Elmir Əliyev (55 kq) səkkizdəbir final mərhələsində iranlı həmkarıyla gərgin mübarizə şəraitində keçən görüşdə minimal fərqlə uduzub. Ziya Babaşov (63 kq) debütdə yerli pəhləvanla bacarmayıb. Elcan Məmmədov (77 kq) təsnifat mərhələsində cəmi 40 saniyəyə Polşa idmançısının kürəyini yerə sıxıb. Ancaq səkkizdəbir finalda Belarus təmsilçisinə məğlub olub.Çempionatda 87 kiloqram çəki dərəcəsində çıxış edən Laçın Vəliyev startda serbiyalı rəqibinə qalib gəlib. Növbəti mərhələdə İsveç güləşçisini üstələyən L.Vəliyev dörddəbir finala yüksəlib. Almaniya təmsilçisindən də güclü olan həmyerlimiz adını yarımfinala yazdırıb.Millimizin üzvü Sərxan Məmmədov (130 kq) ilk görüşdə iranlı rəqibini minimal fərqlə üstələyib. S.Məmmədov polşalı güləşçiyə də gücünü göstərərək yarımfinala adlayıb.Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 15:45-də start götürəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…