Güllə atıcılığı idman növü üzrə Azərbaycan çempionatı keçirilib

1 Dekabr 2017 11:52

Xəbər 871 dəfə oxunub

Sumqayıt Paralimpiya İdman Kompleksində Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə açıq Azərbaycan çempionatı keçirilib.Azərtac xəbər verir ki, kişilər arasında P-1 kateqoriyasındaKamran Zeynalov bütün rəqiblərini qabaqlayaraq birinci olub.Vladislav Kalmıkov gümüş, Rafiq Əliyev isə bürünc medal qazanıblar.Qadınlar arasında P-2 kateqoriyasında isə Lalə Mirzəzzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yelena Taranova yarışı ikinci, Aybəniz Babayeva isə üçüncü pillədə başa vurublar.xeber100.com