Güllə atıcılığı üzrə Bakı birinciliyi keçirilib

13 Fevral 2018 13:15

Xəbər 927 dəfə oxunub

Gənclər arasında güllə atıcılığı üzrə Bakı birinciliyi keçirilib.Azərtac xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda “Neftçi İdman Klubu”nun yetirmələri də bacarıqlarını nümayiş etdiriblər.Pnevmatik tapançadan atəşaçma yarışlarında (PTÇ-3) klubun yetirməsi İmran Qasımov 563 xal toplayaraq birinci olub. Vladislav Kalmıkov ikinci, Tamerlan Əliyev isə üçüncü yeri tutublar.Xanım idmançıların mübarizəsində (PTÇ-2) Zeynəb Abbasova 523 xalla gümüş medala layiq görülüb. Fatimə Rzayeva (502 xal) isə paytaxt birinciliyini bürünc medalla başa vurub.xeber100.com