Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü ilə fevralın 23-də Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə “Mahir nişançı” XI respublika turniri keçirilib.Azərtac xəbər verir ki, tələbələr arasında təşkil olunan turnirin açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Turnirin açılış mərasimində Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov, ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov çıxış edərək ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən, dünya ictimaiyyətinin hadisəyə münasibətindən və bu soyqırımının beynəlxalq aləmin diqqətinə çatdırılması istiqamətində görülən işlərdən danışıblar.Çıxışlardan sonra yarışlara start verilib.Turnirdə 23 ali təhsil müəssisəsindən 100-ə yaxın tələbə iştirak edib. Hər biri beş nəfərdən ibarət komandalar dəqiq atəş açmaq bacarıqlarını yerinə yetiriblər.“Mahir nişançı” XI respublika turnirinin qalibləri Gənclər və İdman Nazirliyinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…