Qarabağda – Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində gedən şiddətli döyüşlər Azərbaycanın Güneyində də böyük narahatlıqla izlənilir. Bir sıra Güney Azərbaycan kəndlərinin sakinləri Qarabağla sərhəd ərazilərə, Arazboyuna çıxaraq əsgərlərimizlə həmrəyliklərini nümayiş etdiriblər. Ordumuzun qələbəsi üçün dualar ediblər.
Bu arada Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bəyanat yayaraq işğal edilmiş topraqlarımızı Güney Azərbaycan xalqının milli məsələsi olaraq gördüklərini açıqlayıblar. Bəyanatda deyilir:
– Güney Azərbaycan milli azadlıq hərəkatı xalqımızın bütün milli məsələlərinə göstərdiyi həssasiyəti və üstləndiyi sorumluluğu eyni dərəcədə tarixi və əbədi Azərbaycan toprağı olan Qarabağ üçün göstərməkdədir. Ermənistan və bölgədəki strateji dəstəkçiləri Bütöv Azərbaycan xalqının varlığını hədəf alıbdır. 30 milyon Güney azərbaycanlının vətəndaşı olduğu İran hökumətinin Ermənistanla davam etdiyi dostluq ilişkiləri Güney azərbaycanlılara qarşı apardığı düşmənçilik siyasətinin sənədidir. Güney Azərbaycan xalqının və milli fəallarının davamlı və cəmi etirazlarına baxmayaraq Ermənistanla dostca əlaqələrinə davam edən İran hökumətini insanlıq və millətimiz adına qınayırıq. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi olaraq əziz şəhidlərimizin ailələri və yaxınlarına bütöv Azərbaycan millətinə başsağlığı diləyirik Azərbaycan dövləti ordusu və millətinin yanındayıq və ordumuzun İşğal edilmiş torpaqlarımızı Ermənistan silahlı qüvvələrindən təmizləyəcəyinə inanırıq.
Xatırladaq ki, təbrizli gənclər küçələrə çıxaraq “Qarabağ bizimdir, bizim olacaq”, “Ölüm olsun erməniyə” şüarları ilə yürüş keçiriblər.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…