Gürcüstanın Neft Qaz Koprporasiyası (GNQK) iyulun 15-də ölkədə ilk yeraltı qaz anbarının tikintisi (“Layihələndirmə, avadanlığın alınması, quraşdırma və istismara verilməsi”) ilə əlaqədar açıq beynəlxalq tender elan edib.Azərtac xəbər verir ki, bu barədə GNQK məlumat yayıb.Məlumatda bildirilir ki, yeni qaz anbarının Tbilisi yaxınlığındakı Samqori adlanan ərazidə tikiləcək. Tikinti işlərinə 2018-ci ilin birinci yarısında başlanılması planlaşdırlır. İlkin mərhələdə iki yeraltı kəşfiyyat quyusu qazılacaq və geoloji göstəricilər öyrəniləcək. Anbarın tikintisinin 2021-ci ildə başa çatdırılması və onun Azərbaycandan alınacaq təbii qazın hesabına doldurulması nəzərdə tutulur.Məlumatda, həmçinin deyilir ki, Fransanın Geostock S.A.S. kompaniyası yeraltı qaz anbarının iqtisadi-texniki əsaslandırılması layihəsini 2016-cı ilin aprelində başa çatdırıb. Həmin layihədə Samqoridə 210-280 milyon kubmetr həcmində qaz anbarının tikintisinin mümkünlüyü təsdiqlənib. Bu, Gürcüstanın təbii qaza olan illik tələbatının 15 faizi deməkdir.“SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov bildirib ki, Azərbaycan da bu tenderdə iştirak edəcək. Lakin görüləcək işlər barədə yalnız tenderin nəticələri elan olunduqda sonra danışmaq olar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…