Gürcüstanda COVID-19 virusu ilə əlaqədar yaranmış ağır epidemioloji vəziyyət səbəbindən sərt məhdudiyyətlər tətbiq olunacaq.Azərtac xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.Qərara əsasən noyabrın 28-dən etibarən ölkədə əlavə sərt məhdudiyyətlər tətbiq olunacaq və sərt karantin rejimi 2021-ci il yanvarın 31-dək qüvvədə saxlanılacaq.Bildirilir ki, bu müddət ərzində vətəndaşlar və nəqliyyat vasitələrinin hərəkəti 31 dekabr və 6 yanvar istisna olmaqla saat 21:00-dan saat 05:00-dək məhdudlaşdırılacaq.Bununla yanaşı, şəhərlərarası nəqliyyatın hərəkəti dayandırılacaq.Fərdi avtomobillə hərəkət və taksilərin fəaliyyətinə icazə veriləcək.Restoran və kafelərdə yerində xidmət, idman obyektlərinin fəaliyyəti, kütləvi tədbirlərin keçirilməsi qadağan olunacaq.Tbilisi, Batumi, Kutaisi, Rustavi, Qori, Poti, Zuqdidi və Telavi şəhərlərində ərzaq mağazaları və apteklərdən başqa bütün ticarət obyektlərinin fəaliyyəti qadağan olunacaq.Kənd təsərrüfatı məhsullarının satış bazarları fəaliyyəti davam etdirəcəkBütün tədris müəssisələrində məsafədən təhsil (distant) rejimi tətbiq olunacaq , dövlət və özəl uşaq bağçaları bağlı olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…