Gürcüstan parlamenti dövlət büdcəsinə əlavə və dəyişiklikləri təsdiqləyib

23 İyul 2021 10:49

Xəbər 107 dəfə oxunub

Gürcüstan parlamenti 2021-ci ilin dövlət büdcəsinə əlavə və dəyişiklikləri təsdiqləyib. Büdcə gəlirləri 1 milyard 175 milyon lari artırılıb.Azərtac xəbər verir ki, Gürcüstan maliyyə nazirinin birinci müavini Giorgi Kakauridze parlamentin iclasında büdcəyə təklif olunan əlavələr və dəyişikliklər barədə məlumat verib. Bildirilib ki, əlavə dəyişikliklərdə ölkədə ümumi daxili məhsul istehsalının həcmi 3,4 faizdən 7,7 faizədək artacaq. Büdcə kəsiri isə 7,6 faizdən 6,9 faizə endirilib.Yeni büdcə zərfində hökumətin borcu 54,6 faiz nəzərdə tutulub. Bundan başqa, hökumət vergiləri 1 milyard 114 milyon lari artırıb. Dövlət büdcəsindən isə təxminən 19,5 milyard lari xərclənəcək.Bununla yanaşı, pandemiya ilə əlaqədar olaraq səhiyyə xərclərinə 446 milyon lari əlavə edilir. Hazırda bu rəqəm 846 milyon lari təşkil edir.xeber100.com