Gürcüstan parlamenti yeni qanun qəbul edib

11 Fevral 2023 19:43

Xəbər 86 dəfə oxunub

Gürcüstan parlamenti gender bərabərliyi ilə əlaqədar maraqlı qanun qəbul edib. Yeni qanuna əsasən ölkənin Seçki Məcəlləsinə dəyişiklik ediləcək. Yeni dəyişiklikdə əsasən seçkilər zamanı proporsional siyahıda qadınların sayının artırılması nəzərdə tutulub.

Belə ki, 2024-cü ildə və 2028-ci ildə keçiriləcək parlament seçkilərində iştirak edəcək siyasi partiyaların deputatlığa namizədlərlə bağlı təqdim edəcəyi siyahıda hər dörd nəfərdən birinin qadın olması nəzərdə tutulub. 2032-ci ildə keçiriləcək seçkilərdə isə təqdim olunacaq siyahıda hər 3 nəfərdən biri qadın olmalıdır.

Səsvermə zamanı 88 deputat layihənin lehinə, 3 deputat isə əleyhinə olub.

Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının parlamentdəki fraksiyasının sədr müavini Qivi Mikanadze bildirib ki, bu qanun ölkədə gender bərabərliyi ilə bağlı kvotanı artıracaq və qadınların siyasətdəki rolunu genişləndirəcək.xeber100.com