Gürcüstan hökumətinin tərkibində struktur dəyişiklikləri aparılacaq.Gürcüstan mətbuatı xəbər verir ki, hazırda fəaliyyət göstərən 18 nazirlikdən 5-i ləğv olunacaq.Dəyişikliklər nəticəsində İqtisadiyyat ilə Energetika, Mədəniyyət ilə İdman, Kənd Təsərrüfatı ilə Ətraf Mühit nazirlikləri birləşdiriləcək.Bundan başqa, Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət nazirinin vəzifəsi ləğv olunacaq və bu struktur Xarici İşlər Nazirliyinə birləşdiriləcək.Mətbuatın yazdığına görə, İqtisadiyyat ilə Energetika nazirlikləri birləşdirildikdən sonra bu quruma hazırki maliyyə naziri Dmitri Kumsişvilinin rəhbərlik edəcəyi gözlənilir. Daxili işlər naziri Qeorqi Mqebrişvili və elm və təhsil naziri Aleksandr Cecelava vəzifələrindən kənarlaşdırılacaqlar. Hazırki iqtisadiyyat naziri Qeorqi Qaxariya isə daxili işlər naziri təyin olunacaq.Mədəniyyət ilə İdman nazirlikləri birləşdikdən sonra bu quruma kimin nazir təyin olunacağı hələlik məlum deyil.Maliyyə naziri vəzifəsinə “Gürcüstan Dəmir Yolları” SC-nin sədri Mamuka Baxtadzenin və ya D.Musişvilinin hazırki müavini Qeorqi Tabuaşvilinin təyin ediləcəyi gözlənilir.Hökumətdəki kadr dəyişiklikləri barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…