Həndbol Federasiyasının məlumatı

12 Fevral 2017 11:13

Xəbər 847 dəfə oxunub

Qadın həndbolçular arasında “Çelenc Cup” turnirinin səkkizdəbir final mərhələsi çərçivəsində Azərbaycan təmsilçisi “ABU” ilk matçına çıxıb.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a verilən xəbərə görə, komandamız Polşanın “Kram Start Elblaq” klubu ilə qarşılaşıb. Polşada keçirilən matçda nominal ev sahibi kimi çıxış edən “ABU” klubu yerli komandaya 23:33 hesabı ilə məğlub olub.Xatırladaq ki, səkkizdəbir final mərhələsinin cavab qarşılaşması fevralın 11-də əvvəldən razılaşdırıldığı kimi Polşada baş tutacaq.xeber100.com