Həndbol Federasiyasının məlumatı əsasında…

16 Fevral 2018 14:52

Xəbər 621 dəfə oxunub

Qadın həndbolçuların Azərbaycan çempionatında mübarizəsi davam edir.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, Mingəçevirdə yerləşən “Kür” Olimpiya İdman Mərkəzində son ölkə çempionu olan “Nur” komandası “İdman Akademiyası”nı qəbul edib. Meydan sahiblərinin üstünlüyü ilə keçən görüş Mingəçevir təmsilçisinin xeyrinə başa çatıb – 32:16. Bu, çempionata elə də yaxşı başlamayan “Nur”un yeni ildən etibarən ardıcıl üçüncü qələbəsi olub.Xatırladaq ki, “Nur” komandası “Gənclər Birliyi” həndbolçularını 44:20, “Azəryol” kollektivini isə 22:20 hesabı ilə məğlub edib.xeber100.com