Həndbol Federasiyasının məlumatı əsasında…

2 Avqust 2018 11:05

Xəbər 672 dəfə oxunub

Azərbaycanın həndbol komandaları iyulun 15-də tətildən qayıdaraq məşqlərə start veriblər.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, avqustun 1-də qadınlardan ibarət “Azərsu” və “Azəryol” kollektivləri təlim-məşq toplanışları üçün Mingəçevirə gediblər. “Kür” Olimpiya İdman Mərkəzində 12 gün ərzində keçiriləcək təlim-məşq toplanışlarında məqsəd avrokuboklara və 26-cı Azərbaycan çempionatına hazırlıqdır.Avrokuboklardakı digər təmsilçimiz kişi həndbolçulardan ibarət “Bakı” komandası da həm qitə miqyaslı, həm də yerli çempionata hazırlıqlara başlayıb.xeber100.com