Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib.Azərtac Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, çempionatın lideri “Azərsu” “İdman Akademiyası” komandasını sınağa çəkib. Nominal meydança sahibinin üstünlüyü ilə keçən qarşılaşmada sürpriz qeydə alınmayıb. Daha inamlı oyun göstərən “Azərsu” 20 top fərqi ilə qalib gəlib – 38:18.Yarışın autsayderi – “Gənclər Birliyi”nin “qara zolaqdan” qurtulmaq cəhdi bu dəfə də alınmayıb. “Qarabağ”ın kəskin həmlələrini dəf etməkdə çətinlik çəkən “Gənclər Birliyi” 22:44 hesabı ilə uduzub.“Azərsu” 6 oyundan maksimum nəticə ilə çempionatın vahid lideridir. Ondan 3 oyun az keçirən “Azəryol” 4 xalla ikinci pillədə qərarlaşıb. Eyni xalı 4 oyuna qazanan “Qarabağ” 3-cü yerdədir. “Olimpiya” ilə “İdman Akademiyası” hərəyə 3 xalla 4-cü–5-ci yerləri bölüşür. Aktivinə hələ ki, xal yazdıra bilməyən “Gənclər Birliyi” yarışın autsayderidir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…