Həndbol Federasiyasının məlumatı əsasında…

15 Yanvar 2019 11:41

Xəbər 567 dəfə oxunub

Qadın həndbolçuların Azərbaycan çempionatında onuncu tur arxada qalıb. Son oyun günündə iki qarşılaşma olub.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, “Qarabağ”–“Gənclərbirliyi” matçında nominal meydança sahibi çempionatın aşkar autsayderini növbəti məğlubiyyətlə barışdırıb – 37:19.Baş mükafata əsas namizədlərdən sayılan “Azərsu” isə “İdman Akademiyası” ilə oyunda inamlı qələbə qazanıb. “Tələbələr” çox çalışsalar da, güclü rəqibin kəsərli həmlələrini dəf etməkdə çətinlik çəkiblər. Görüş 37:15 hesabı ilə “Azərsu”nun xeyrinə nəticələnib.On oyundan hərəyə 18 xal toplayan “Azəryol” və “Azərsu” komandaları çempionatın şərikli liderləridir. “Qarabağ” 12 xalla 3-cü pillədə qərarlaşıb. Dördüncü pillənin sahibi Tbilisi “Olimpiya”sının aktivində 7 xal var. “İdman Akademiyası” 5 xalla beşinci yerdədir. Autsayder “Gənclər Birliyi”nin isə hələ də xalı yoxdur.Bu turdan sonra Azərbaycan çempionatında qısa fasilə yaranacaq. Yarışın üçüncü dövrəsinə yanvarın 24-də start veriləcək.xeber100.com