Həndbol üzrə ölkə kuboku yarışlarına start verilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, ilk olaraq kişilərdən ibarət komandalar mübarizəyə qatılıblar. Üç turdan ibarət qrup mərhələsinin ilk oyun günündə meydançaya əvvəlcə “Təhsil” və “Məhsul” kollektivləri çıxıblar. Azərbaycan çempionatının lideri, kubok turnirində də nahaq yerə favorit sayılmadığını sübut edib. Görüş “Məhsul”un 36:28 hesablı qələbəsi ilə başa çatıb.Günün digər oyununda isə “Bakı” U-18 komandasını sınağa çəkib. Bu qarşılaşma da imkanları yüksək qiymətləndirilən rəqibin qələbəsi ilə nəticələnib. Gənc həndbolçular çox çalışsalar da, “Bakı”nın uğurlu startına mane ola bilməyiblər – 36:20.Yanvarın 15-də qadın həndbolçulardan ibarət komandalar kubok uğrunda mübarizəyə başlayacaqlar. İlk turda “Azərsu” “Azəryol”la, “Qarabağ” “İdman Akademiyası” ilə üz-üzə gələcək.Qeyd edək ki, yarışın yarımfinal mərhələsi aprelə təyin olunub. Qalib komandanın adına isə mayın 2-də keçiriləcək həlledici görüşlərdə aydınlıq gələcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…