Azərbaycanın qadınlardan ibarət həndbol komandalarının Avropanın nüfuzlu klub turnirlərindəki rəqibləri məlum olub.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, Mingəçevirin “Nur” komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku yarışında İsveçin “Luqi HK”, Bakının “Azəryol” klubu isə “Çağırış Kuboku” (“Challenge Cup”) turnirində Lüksemburq təmsilçisi “HB Dudelanj”la qarşılaşacaq.Ölkə çempionu “Nur” yarışlara birinci təsnifat mərhələsindən qoşulacaq. İlk mərhələnin qarşılaşmaları sentyabrın 9-10-da, cavab oyunları bir həftə sonra keçiriləcək.Ölkə çempionatının gümüş medalçısı “Azəryol” isə turnirdə mübarizəyə üçüncü təsnifat mərhələsindən başlayacaq. Üçüncü mərhələnin görüşləri noyabrın 11-12-də və 18-19-da oynanılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…