Həndbol Federasiyasının məlumatı

9 Sentyabr 2017 18:09

Xəbər 1183 dəfə oxunub

Sentyabrın 9-da qadın həndbolçulardan ibarət “Nur” və “Qarabağ” klubları növbəti yoldaşlıq oyununda qüvvələrini sınayıblar.Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən ikinci yoxlama görüşündə də “Nur” komandası qalib gəlib. Belə ki, Mingəçevir təmsilçisi rəqibini 24:22 hesabı ilə məğlub edib.İlk yoxlama oyunu da “Nur”un 33:26 hesablı qələbəsi ilə başa çatmışdı.xeber100.com