Həndbol Federasiyasının məlumatı

7 Noyabr 2017 10:22

Xəbər 863 dəfə oxunub

Azərbaycanlı həndbol hakimi Ernest Ağakişi İspaniyanın Qran Kanaria adasında beynəlxalq təlim kursunda iştirak edib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, Avropa Həndbol Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə ali qurumun rəhbəri Ole Jorstandın imzası ilə iştirakçılara sertifikat təqdim olunub. Həmyerlimiz E.Ağakişi də “EHF Course No-11” sertifikatına layiq görülüb.Kursun əsas məqsədi çimərlik həndbolu üzrə yarışlarda federasiya nümayəndəsi kimi təmsil olunan hakimlərin bilik və bacarıqlarını artırmaq olub.xeber100.com