Həndbol Federasiyasının məlumatı

29 Yanvar 2018 11:49

Xəbər 836 dəfə oxunub

Kişi həndbolçular arasında Azərbaycan çempionatı davam edir.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, ölkə birinciliyinin növbəti turu çərçivəsinə iki görüş keçirilib. Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələrini nominal ev sahibi kimi qəbul edən “Məhsul” komandası 25:21 hesabı ilə qələbə qazanıb.Günün digər matçında isə “Təhsil” və “Bakı” komandaları qarşılaşıblar. Görüş paytaxtın eyniadlı təmsilçisinin 35:27 hesablı qələbəsi ilə yekunlaşıb.xeber100.com