Həndbol Federasiyasının məlumatı

25 Fevral 2017 13:06

Xəbər 701 dəfə oxunub

Azərbaycan Həndbol Federasiyasının hakimləri kişi komandalar arasında “Challenge Cup” yarışlarının səkkizdəbir final mərhələsinin oyunlarını idarə etmək üçün Serbiyanın Pozeqa şəhərinə yollanıblar.Federasiyadan Azərtac-a verilən xəbərə görə, beynəlxalq dərəcəli hakimlərimiz Ernest və Emil Ağakişi qardaşları “Sloga Pozega”-“Lokomotiv” oyununu idarə edəcəklər.Qarşılaşmalar fevralın 25-26-da Pozeqa şəhərindəki “City Sports Hall” idman salonunda keçiriləcək.xeber100.com