Həndbol Federasiyasının məlumatı

9 Fevral 2018 13:04

Xəbər 788 dəfə oxunub

Azərbaycanın 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət həndbol yığması Rusiyanın Krasnodar şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, əvvəlcə fevralın 7-də meydan sahibləri (2002-2003-cü il təvəllüdlü qızlar) ilə üz-üzə gələn təmsilçilərimiz gərgin keçən görüşdən 25:24 hesabı ilə məğlub ayrılıblar. Fevralın 8-də yeniyetmə qızlarımız krasnodarlı həmyaşıdları ilə yenidən qarşılaşıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən bu matçda tərəflərin cəhdlərinə baxmayaraq, qalib müəyyənləşməyib – 22:22.Xatırladaq ki, turnirə fevralın 12-də yekun vurulacaq.xeber100.com