Martın 6-da həndbol üzrə Azərbaycan kuboku uğrunda yarımfinal görüşləri keçirilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, yarımfinal mərhələsinin cavab görüşləri gözlənildiyi kimi maraqlı mübarizə şəraitində keçib. Qadın həndbolçuların mübarizəsində “Azərsu” komandası “İdman Akademiyası”na 37:22, “Nur” kollektivi “Qarabağ”a 31:22 hesabı ilə qalib gəlib.Kişi həndbolçuların yarışında isə “Məhsul” “Təhsil” komandasını 33:31, “Bakı” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçilərini 37:25 hesabı ilə məğlub edib. Beləliklə, yarımfinal mərhələsinin oyunlarının nəticəsinə əsasən, finalda “Azərsu” “Nur”la, “Məhsul” isə “Bakı” ilə qarşılaşacaq.Xatırladaq ki, final qarşılaşmaları martın 7-də keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…