Yeniyetmələrin XI Respublika oyunlarının proqramına daxil olan həndbol yarışı başa çatıb.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, iki qrupda dairəvi sistem üzrə keçirilən yarışların finalında 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandası “Şirvan”ı 13:2, “Mingəçevir” həndbolçuları 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) təmsilçilərini 9:7 hesabı ilə məğlub edib.Bu nəticələrdən sonra RİOEUGİM-in komandası yarışın qalibi adını qazanıb. “Şirvan” ikinci, “Mingəçevir” klubu isə üçüncü pillədə qərarlaşıb. İlk üç yeri tutan komandalara respublika Gənclər və İdman Nazirliyinin diplomları verilib.İsmayıllı Olimpiya İdman Kompleksində keçirilən yarışlarda şəhər və rayonlardan 8 komanda qalib adı uğrunda mübarizə aparıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…