Həndbol Federasiyasının məlumatı

29 Aprel 2017 16:45

Xəbər 994 dəfə oxunub

Qadın həndbolçulardan ibarət Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunları ərəfəsində təlim–məşq toplanışını davam etdirir.Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, hazırlıq çərçivəsində yığmamız aprelin 28-də və 29-da “ABU-Arena”da Rusiyanın “Rostov–2” komandası ilə yoldaşlıq oyunları keçirib. Həndbolçularımız hər iki oyunda 34:16 və 34:20 hesabı ilə qalib gəliblər.Yoldaşlıq görüşləri mayın 2-dək keçiriləcək.xeber100.com