Həndbol Federasiyasının məlumatına əsasən…

12 Noyabr 2017 18:14

Xəbər 829 dəfə oxunub

Həndbol üzrə Azərbaycan çempionatında üç oyun keçirilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, qadınlar arasında iki, kişi həndbolçuların yarışında isə bir matç oynanılıb. Qadınların mübarizəsində “Azərsu” “İdman Akademiyası”ndan 38:13, “Qarabağ” “Gənclər Birliyi”ndən 36:19, kişi həndbolçuların yarışında isə “Təhsil” komandası Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçilərindən 43:31 hesabı ilə üstün olub.xeber100.com