Həndbol Federasiyasının məlumatına görə…

11 May 2018 13:21

Xəbər 666 dəfə oxunub

Beynəlxalq həndbol turnirinin ikinci günündə növbəti oyunlar keçirilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, ölkə çempionu “Bakı” ilə “Batumi”nin görüşü daha böyük maraqla gözlənilirdi. Gərgin idman mübarizəsi şəraitində keçən oyun 42:40 hesabı ilə qonaqların xeyrinə nəticələnib. Digər təmsilçimiz “Məhsul” isə Gürcüstanın U-20 komandasını məğlubiyyətə uğradıb – 30:26.Xatırladaq ki, turnirin ilk günündə keçirilən oyunlar həndbolçularımızın qələbəsi ilə başa çatmışdı. “Bakı” Gürcüstanın U-20 komandasına 36:34, “Məhsul” isə “Batumi”yə 37:28 hesabı ilə qalib gəlmişdi.Xatirə turnirinə mayın 11-də yekun vurulacaq. Yarışın sonuncu günü “Batumi” kollektivi Gürcüstanın U-20 komandası ilə, “Bakı” həndbolçuları isə “Məhsul”la üz-üzə gələcəklər.xeber100.com