Həndbol Federasiyasının məlumatına görə…

15 Oktyabr 2018 11:40

Xəbər 694 dəfə oxunub

Kişi həndbolçuların 2022-ci ildə Macarıstan və Slovakiyada təşkil olunacaq Avropa çempionatının ilkin təsnifat mərhələsinin püşkü atılıb.Azərtac Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, Vyanada keçirilən püşkatmanın nəticəsinə əsasən, “B” qrupunda yer alan Azərbaycan seçməsi, Kipr, Gürcüstan və Malta kollektivləri ilə yarışacaq. “A” qrupunda isə Lüksemburq, Böyük Britaniya, İrlandiya və Bolqarıstan komandaları mübarizə aparacaqlar.Millimizin yer aldığı qrupun görüşləri Maltada təşkil olunacaq. 2019-cu il yanvarın 11-də Kiprlə qarşılaşacaq həndbolçularımız bir gün sonra Gürcüstanla, ayın 13-də isə Malta ilə üz-üzə gələcəklər. Qarşılaşmalar Kospikua şəhərinin “Kottonera Sports Kompleks” arenasında keçiriləcək.Qeyd edək ki, 2022-ci il Avropa çempionatının növbəti təsnifat mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaqlar.xeber100.com