Həndbol Federasiyasının məlumatına görə…

19 Mart 2019 12:48

Xəbər 628 dəfə oxunub

Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti qarşılaşmalar keçirilib.Azərtac Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, qızıl medallara namizədlərdən sayılan “Azəryol” bu dəfə “Qarabağ” ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsinin sonunda “Azəryol” komandası azarkeşlərini sevindirməyi bacarıb – 26:23.“Gənclər Birliyi”ni sınağa çəkən turnir cədvəlinin lideri “Azərsu” isə böyük hesabla (49:23) qələbə qazanıb.Hazırda hər birinin 32 xalı olan “Azərsu” və “Azəryol” komandaları 1-2-ci yerləri bölüşdürürlər. Bir oyun az keçirən “Azərsu” ilk pillədədir. Üçüncü pillədə yer alan “Qarabağ”ın 16 xalı var. Yeddi xalı olan “İdman Akademiyası” və “Olimpiya” komandaları 4-5-ci pillələrdə qərarlaşıblar. Autsayder “Gənclər Birliyi”nin aktivində xal yoxdur.xeber100.com