Həndbol Federasiyasının məlumatına görə…

30 Aprel 2018 12:05

Xəbər 1124 dəfə oxunub

Həndbol üzrə Azərbaycan çempionatında mövsümə yekun vurulub.Qadın həndbolçuların yarışının ardınca aprelin 29-da kişilərin çempionatında da həlledici görüşlər olub.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, pley-off mərhələsinin həlledici oyunlarında qalib və mükafatçıların adlarına aydınlıq gəlib. Daha böyük maraqla gözlənilən “Məhsul” – “Bakı” matçı gərgin mübarizə şəraitində keçib. Qızıl medallara iddialı rəqiblərin oyununda əsas vaxt 32:32 hesabı ilə bitdiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Yeddi metrlik zərbələri daha dəqiq yerinə yetirən “Bakı” 35:32 hesablı qələbə ilə Azərbaycan çempionu adına sahib çıxıb.Digər qarşılaşmada “Təhsil” komandası Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələrini 45:28 hesabı ilə asanlıqla məğlub edərək bürünc medala yiyələnib.Fəxri kürsüyə qalxan komandalara, həmçinin fərdi nominasiyalar üzrə fərqlənən idmançılara federasiyanın fəxri diplom və mükafatları təqdim olunub.xeber100.com