Həndbol Federasiyasının təşkilatçılığı ilə…

26 Aprel 2017 13:43

Xəbər 768 dəfə oxunub

Həndbol Federasiyasının təşkilatçılığı ilə “ABU Arena”da həndbol üzrə 9 komandanın (5 oğlan, 4 qız) iştirakı ilə 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında ölkə birinciliyi keçirilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, yarışda 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandası, 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) təmsilçiləri və Respublika Kompleks İdman Məktəbinin (RKİM) həndbolçuları iştirak ediblər.Yekunda oğlanların yarışında 2 saylı RİOEUGİM-in komandası birinci, 12 saylı İOEUGİM-in kollektivi isə ikinci yerə layiq görülüb.Qızlar arasında mübarizədə isə 12 saylı İOEUGİM-in komandası birinci, 2 saylı RİOEUGİM-in komandası isə ikinci olub.xeber100.com