Həndbol üzrə 14-cü açıq Avropa turniri keçiriləcək

21 İyun 2018 14:42

Xəbər 695 dəfə oxunub

İyulun 2-dən 6-dək İsveçin Höteburq şəhərində 16 yaşadək qızlar arasında həndbol üzrə 14-cü açıq Avropa turniri keçiriləcək.Azərtac Avropa Həndbol Federasiyasına istinadla xəbər verir ki, turnirdə 20 komanda dörd qrupda mübarizə aparacaq. “C” qrupunda yer alan 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət Azərbaycan yığmasının rəqibləri Fransa, İspaniya, Finlandiya və İslandiya milliləri olacaq.Xatırladaq ki, turnirdə ilk yeddi yerin sahibi 2019-cu il iyulun 20-dən 28-dək Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalına vəsiqə qazanacaq.xeber100.com