Həndbol üzrə Azərbaycan birinciliyinə start veriləcək

2 İyun 2022 10:17

Xəbər 428 dəfə oxunub

İyunun 3-də Şağan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında həndbol üzrə Azərbaycan birinciliyinə start veriləcək.Azərbaycan Həndbol Federasiyası (AHF) xəbər verir ki, yarışlarda Bakının 3 komandası ilə yanaşı, Gəncə, Mingəçevir şəhərlərindən olan 2006-2008-ci il təvəllüdlü oğlanlar mübarizə aparacaqlar.İki gün davam edəcək yarış Gənclər və İdman Nazirliyi və AHF-in birgə təşkilatçılığı ilə keçiriləcək.Yarışın qaliblərinə diplom və hədiyyələr təqdim olunacaq.Bu yarışla yanaşı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və AHF-in birgə təşkilatçılığı ilə 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızlar arasında 28 may – Müstəqillik Gününə həsr olunmuş Bakı şəhər birinciliyi də keçiriləcək.xeber100.com