Həndbol üzrə Azərbaycan birinciliyinə yekun vurulub

5 İyun 2022 12:11

Xəbər 475 dəfə oxunub

Həndbol üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan və Bakı birinciliyinə yekun vurulub.Şağan Olimpiya İdman Kompleksində təşkil edilən yarışda 2006-2008-ci il təvəllüdlü oğlanlar Azərbaycan birinciliyində qüvvələrini sınayblar.Yarışın son günündə keçirilən oyunlarda “Bakı-1”kollektivi “Bakı-2” komandasını 26:8, “Gəncə” isə “Bakı-3” komandasını 26:18 hesabı ilə məğlub edib. Digər görüşlərdə “Bakı-2” komandası “Bakı-3”ə 19:9, “Bakı-1” “Mingəçevir”ə 24:16 hesabı ilə qalib gəlib.Qızların yarışında isə 2 saylı İOEUGİM 6 saylı İOEUGİM-2 komandası üzərində qələbə qazanıb – 14:9.Nəticələrə əsasən, “Bakı-1” komandası 2006-2008-ci il təvəllüdlü oğlanlar arasında həndbol üzrə Azərbaycan birinciliyinin qalibi adını qazanıb. İlk üçlüyü “Bakı-2” və “Gəncə” komandaları qapayıblar.2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı qızlar arasında 28 May –Müstəqillik Gününü həsr olunmuş Bakı birinciliyinin də qalibləri bəlli olub. Şağan Olimpiya Kompleksində keçirilən yarışın qalibi adını 2 saylı İOEUGİM kollektivi qazanıb. II və III yerləri müvafiq olaraq 6 saylı İOEUGİM-1 və 6 saylı İOEUGİM-2 komandaları tutublar.Bağlanış mərasimində qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının İdman Şöbəsinin müdiri İsgəndər Əsgərov onlara qarşıdakı yarışlarda da uğurlar arzulayıb. Federasiyanın baş katibi Yusif Atakişiyev, həmçinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyevin də qatıldığı mükafatlandırma mərasimində idmançılara diplom, medal və hədiyyələr təqdim olunub.xeber100.com