Həndbol üzrə Azərbaycan çempionatında iki oyun keçirilib

23 Oktyabr 2017 10:50

Xəbər 728 dəfə oxunub

Oktyabrın 22-də həndbol üzrə Azərbaycan çempionatında iki oyun keçirilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, kişilərin yarışında “Məhsul” və “Təhsil” komandaları üz-üzə gəliblər. Görüş “Məhsul” klubunun 36:31 hesablı qələbəsi ilə yekunlaşıb.Qadınların mübarizəsində isə “Qarabağ” və “Nur” həndbolçuları qarşılaşıblar. Son ölkə çempionu çətin keçən görüşdən minimal hesablı qələbə ilə ayrılıb – 27:26.xeber100.com