Həndbol üzrə beynəlxalq turnir keçiriləcək

17 Mart 2017 12:16

Xəbər 793 dəfə oxunub

Aprelin 9-dan 13-dək Ukraynanın Xerson şəhərində həndbol üzrə beynəlxalq turnir keçiriləcək.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, qadınlardan ibarət yığma komandamız beynəlxalq turnirdə iştirak etmək üçün dəvət alıb.Yarışda iştirak IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi daşıyır.xeber100.com