Həndbol üzrə növbəti oyunlar keçirilib

18 Fevral 2017 12:20

Xəbər 777 dəfə oxunub

Həndbol üzrə respublika çempionatında növbəti oyunlar keçirilib.Azərtac Azərbaycan Həndbol Federasiyasına istinadla xəbər verir ki, ikinci yarış günündə üç matç oynanılıb.Qadınlar arasında keçirilən qarşılaşmalarda “Nur” klubu “Gənclər Birliyi”nə 41:20, “Azəryol” komandası “Qarabağ”a 26:22 hesabı ilə qalib gəlib. Kişilər arasında oyunda isə “Məhsul” “Nəsimi”dən üstün olub – 30:28.Fevralın 18-də “Qarabağ”–“Nur”, “Azəryol”–“Gənclər Birliyi”, “Nəsimi”-“Təhsil”, “Məhsul”–RİOEUGİM qarşılaşmaları oynanılacaq.xeber100.com