Həndbol üzrə növbəti qarşılaşmalar keçirilib

25 Noyabr 2017 19:35

Xəbər 784 dəfə oxunub

Noyabrın 25-də həndbol üzrə Azərbaycan çempionatında altıncı turun oyunları çərçivəsində növbəti qarşılaşmalar keçirilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, qadın həndbolçuların yarışında “İdman Akademiyası” kollektivi ilə üz-üzə gələn “Gənclərbirliyi” komandası matçdan 33:30 hesabı ilə qalib ayrılıb. “Azəryol”-“Qarabağ” görüşü isə gərgin idman mübarizəsi ilə yadda qalıb. Oyun 28:27 hesabı ilə “Azəryol” həndbolçularının xeyrinə başa çatıb.Noyabrın 26-da kişilər arasında yarış çərçivəsində “Məhsul” komandası Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçiləri ilə, “Təhsil” həndbolçuları isə “Bakı” kollektivi ilə qarşılaşacaq.xeber100.com