Oktyabrın 7-də həndbol üzrə XXV Azərbaycan çempionatına start verilib. Azərtac xəbər verir ki, çempionatın açılış oyununda “ABU Arena”da kişilərdən ibarət “Bakı” və “Məhsul” komandaları üz-üzə gəliblər. Oyun “Məhsul” kollektivinin 29:24 hesablı qələbəsi ilə yekunlaşıb.Sonra meydana qadın həndbolçular çıxıblar. “Azəryol” komandası ilə qarşılaşan “Qarabağ” klubu rəqibini minimal hesabla məğlub edib – 25:24.Daha sonra yubiley çempionatın açılış mərasimi keçirilib.Açılış mərasimində çıxış edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov idmanın bu növü üzrə əldə edilən nailiyyətlərdən danışıb. Vitse-prezident komandaların sayının ötən illərə nisbətən artdığını vurğulayaraq, həndbol həvəskarlarını maraqlı çempionatın gözlədiyini bildirib.Açılış mərasimindən sonra keçirilən günün sonuncu oyununda isə qadın həndbolçular arasında “Azərsu” və “Nur” kollektivləri mübarizə aparıblar. Gərgin və maraqlı keçən görüşdən “Azərsu” klubu 30:26 hesabı ilə qalib ayrılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…