Həndbolçular arasında altıncı turun oyunları keçirilib

22 Noyabr 2019 12:53

Xəbər 466 dəfə oxunub

Qadın həndbolçular arasında Azərbaycan çempionatının altıncı turunun oyunları keçirilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, turun birinci oyununda “Azərsu” və “Qarabağ” komandaları qarşılaşıblar. Çempionata kifayət qədər inamlı başlayan “Qarabağ” bu qarşılaşmada da etimadı doğruldaraq 29:24 hesabı ilə qalib gəlib.Günün ikinci oyununda isə “Azəryol” komandası “İdman Akademiyası” ilə üz-üzə gəlib. Meydançaya favorit qismində çıxan “Azəryol” növbəti qələbəsini rəsmiləşdirməkdə çətinlik çəkməyib. Nominal ev sahibinin aşkar üstünlüyü ilə yadda qalan görüş 38:26 hesabı ilə başa çatıb.Dekabrın 4-də keçiriləcək yeddinci turda “Azərsu” – “Azəryol”, “Qarabağ” – “İdman Akademiyası” oyunları keçiriləcək.xeber100.com